• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İran narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizəni müzakirə edib

Azərbaycan və İran narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizəni müzakirə edib
12.10.2026 17:48

Azərbaycan və İranın daxili işlər nazirləri Vilayət Eyvazov və İskəndər Momeni iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq və digər transmilli cinayətlərlə mübarizə məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İskəndər Momeninin rəhbərlik etdiyi İran nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini yad edib, daha sonra Şəhidlər xiyabanında olub.

Vilayət Eyvazov görüşdə narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin birgə səylər tələb etdiyini bildirib.

Nazir Azərbaycanın hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıq, ekstremizm, separatizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirdiyini qeyd edib. O, iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsində və əlaqələrin genişləndirilməsində Azərbaycanın maraqlı olduğunu vurğulayıb.

İskəndər Momeni isə məlumat və təcrübə mübadiləsinin regional təhlükəsizliyə müsbət təsir göstərəcəyini bildirib. O, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə önəm verdiyini deyib.

Görüşdə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu da iştirak edib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol