Belarus prezidenti Azərbaycana gəlir

Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 20-21-də Azərbaycanda rəsmi səfərdə olacaq.APA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək. Danışıqların yekununda müxtəlif sahələrə aid ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub. A. Lukaşenko Bakıda Belarus səfirliyinin yeni binasının açılışına da qatılacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















