• $
  • €
  • ₽
  • ₺
  • £

İsraildə Azərbaycan səfirliyinin açılmasının gecikməsi ilə bağlı - AÇIQLAMA

İsraildə Azərbaycan səfirliyinin açılmasının gecikməsi ilə bağlı - AÇIQLAMA
19.11.2013 17:52
“İsraildə Azərbaycan səfirliyinin açılmasının gecikməsi Azərbaycan hökumətindən asılıdır”.APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə açıqlamasında deyib. Səfir qeyd edib ki, artıq 22 ildir iki ölkə arasında sıx münasibətlər mövcuddur: “Biz inanırıq ki, Azərbaycan hökuməti İsraildə öz səfirliyini açacaq. Lakin səfirliyin açılması İsraildən yox, Azərbaycandan asılıdır. Bu addım bizim əlaqələrimizin daha bir sonrakı mərhələyə gəlib çatmasına əsas ola bilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidovun İsrailə səfəri çərçivəsində də bu məsələ müzakirə edilib. Bundan əlavə, Azərbaycan-İsrail Ticarət Palatasını yaratmışıq. Azərbaycan BMT Təhlükəsiz Şurasının üzvüdür və İsrail ondan çox şey gözləyir. Mən inanıram ki, bizim gələcəkdə çox parlaq layihələrimiz olacaq”. Səfir vurğulayıb ki, hər il iki dövlət arasında müxtəlif sahələr üzrə əlaqələr get-gedə artır: “İsrail şirkətlərinin Azərbaycanda çox aktiv fəaliyyət göstərir, enerji sektorunda daha çox əməkdaşlıq edirlər.  İsrailin 40% enerjisini Azərbaycan təmin edir”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol