• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanın nüvə proqramı qəbul edilməlidir”

“Azərbaycanın nüvə proqramı qəbul edilməlidir”
12.11.2013 20:43

"Dünyanın bütün dövlətlərində nüvə proqramları var. Azərbaycanın nüvə proqramı isə hələ konkret şəkildə formalaşmayıb. Ölkədə bu sahədəki vəziyyəti daha yaxşılaşdırmaq üçün nüvə proqramı qəbul olunmalıdır”.Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. O bildirib ki, ölkədə prezident tərəfindən strateji xətlər müəyyən edilib. Nüvə enerjisinin yalnız dinc məqsədlər üçün istifadə edilə biləcəyini deyən A.Qəribov qeyd edib ki, Azərbaycan nüvə silahlarının istifadəsi və ya onların sınaqdan keçirilməsi üzrə heç bir prosesdə iştirak etmir: "Bu sahədə dövlət proqramı konkret şəkildə formalaşmayıb. Radiasiya Problemləri İnstitutu beynəlxalq səviyyədə aktual proqramlara əsasən öz elmi işini müəyyənləşdirib. Belə ki, institut tərəfindən ölkənin əsas məsələləri olan radioekologiya, ekoloji problemlərin həllində nüvə enerjisinin istifadəsi, radio-bioloji faktorların qiymətləndirilməsi sahəsində prioritet elmi istiqamətlər müəyyən edilib. İnstitutun elmi-tədqiqat işləri olaraq müəyyən proseslər icra olunsa da, bunlar kifayət etmir. Ona görə də Azərbaycanın özünün nüvə proqramı qəbul edilməli və lazımi işlər görülməlidir”. A.Qəribov bu sahədə kadr hazırlığının mühüm olduğunu söyləyib: "Biz istərdik ki, Azərbaycanın ali təhsil müəssisələrində nüvə sahəsi üzrə ixtisaslı kadrlar hazırlansın. Bu,  mühüm təhlükə və gələcək nöqteyi-nəzərdən çox mühümdür. Hansı ölkənin nüvə texnologiyası varsa, onunla dünyada müəyyən mənada razılaşırlar. Bu da böyük bir imkan və güc göstəricisidir. Son zamanlar ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Bu sahədə müəyyən ölkələrdə tədqiqatlar aparılır və prosesdə lazımi mütəxəssislər iştirak edir. Amma Azərbaycanda bu sahə üzrə kadrlara böyük ehtiyacımız var. İstərdik ki, ölkədə hazırlanan və xaricə göndərilən mütəxəssislərin sayı daha çox olsun”. APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol