• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda saxlanılan erməni ailəsi Ermənistana təhvil verildi

Azərbaycanda saxlanılan erməni ailəsi Ermənistana təhvil verildi
12.12.2014 15:26
Yeqişe Gevorkyan özünü öldürəcəyini bəyan edirmiş.

Azərbaycanda saxlanılan erməni ailəsi Ermənistana təhvil verilib.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq, 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə respublikamıza qanunsuz keçmiş və o zamandan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna, oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviçi aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında 2014-cü il dekabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarıb.

Məlum olduğu kimi, ailənin başçısı Y.Gevorkyan Azərbaycan Respublikasının ərazisinə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qaldığı üçün "Yeraz” markalı maşınla Ermənistan Respublikasının Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazisini Ermənistan hərbçilərinin intensiv atəşi altında özünün və ailəsinin həyatını riskə ataraq keçmişdi.

Y.Gevorkyan və həyat yoldaşı R.Mardanyan ailəsi ilə birlikdə Azərbaycana keçdikləri gün - 2010-cu il yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışlar.

Prosedura uyğun olaraq onların müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə göndərilmiş və bu qurum tərəfindən ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanmışdır. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, erməni ailəsini qəbul edəcək ölkə tapılmamış və nəhayət onlar aid olduqları ölkəyə qayıtmaq barədə qərar vermişlər.

Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Bu qurum və BMT QAK tərəfindən saxlanma yerində onlara müntəzəm baş çəkilib. Hər iki təşkilat bu ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu həmişə təsdiq edib, onların saxlanma şəraiti ilə bağlı irad bildirməyiblər. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilib və sağlamlıqları ilə bağlı hər hansı problem olmayıb.

Bütün bunlara baxmayaraq, Yeqişe Gevorkyan bir çox hallarda özünü emosional apararaq müxtəlif tələblər irəli sürüb, beynəlxalq təşkilatların ailəyə baş çəkən nümayəndələrinə "iradlar” bildirib, hətta intihar edəcəyi, ailə üzvlərinə fiziki xətər yetirəcəyi və aclıq elan edəcəkləri ilə bağlı dəfələrlə onları şantaj edib, hədələyib, təhqir etməkdən belə çəkinməyib. Bu hərəkətləri ilə o, müvafiq beynəlxalq qurumlara təsir edərək ailəni tezliklə üçüncü ölkəyə göndərməyin vacibliyini çatdırmağa çalışıb.

Gevorkyanların Azərbaycanda saxlandıqları müddət ərzində Ermənistan Respublikası öz vətəndaşlarının geri qaytarılması üçün bir dəfə də olsun beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmayıb, hətta azyaşlı uşaqların da taleyi ilə maraqlanmayıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib və insidentsiz başa çatıb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol