• $
  • €
  • ₽
  • ₺
  • £

“Nazarbayev və Lukaşenko Putini neytrallaşdırmaq istəyir” – ŞƏRH

“Nazarbayev və Lukaşenko Putini neytrallaşdırmaq istəyir” – ŞƏRH
24.12.2014 16:08
Rusiyada yaşanan iqtisadi böhran fonunda 2015-ci ilin yanvarın 1-dən Avrasiya  Birliyi yaranacaq.

Avrasiya İttifaqına qoşulan ölkələrdən Belarus və Qazaxıstanı çıxmaq şərti il digərlərinin də iqtisadi vəziyyəti yaxşı deyil. Ermənistan və Qırğızıstanda iqtisadi problemlər mövcuddur və bu iki dövlətin Avrasiya İttifaqında hansı güclə iştirak edəcəyi şübhələrə yol açır. Ümumiyyətlə, götürdükdə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin iqtisadi göstəriciləri çox da yüksək deyil. Bəs bu təşkilat  iqtisadi cəhətdən nəyə qadir olacaq?  

Mövzunu Modern.az saytına  politoloq Zərdüşt Əlizadə şərh edib. O bildirib ki, hər şey  təşkilatın aparıcı dövləti olan Rusiyanın iqtisadiyyatından asılıdır. Ekspert hesab edir ki, Avrasiya İttifaqına üzv ölkələr Rusiya iqtisadiyyatına baxıb öz problemlərini proqnozlaşdırmalıdırlar.  

"Gələn il Rusiya iqtisadiyyatının çökməsi gözlənilir. Bu, Avrasiya İttifaqının digər dövlətlərinə də təsirsiz ötüşməyəcək. Avrasiya İttifaqında Ermənistan, Qırğızıstan kimi kasıb ölkələr var. Ermənistan, Qırğızıstan ümid edir ki, Rusiya onların maliyyə yardımı edəcək, büdcələrinə vəsaitlər ötürəcək. Bu ümidlərin doğrulub-doğrulmayacağı Rusiyadan asılıdır. Lakin Rusiya iqtisadiyyatının  yaxşılığa doğru dəyişilməsi gözlənilmir”,-deyə Zərdüşt Əlizadə söyləyib.


Politoloq Avropa ilə də münasibətləri normal olan Qazaxıstanın və Belarusun hansı zərurətdən Avrasiya İttifaqına üzv olmasını isə belə əsaslandırıb:

"Qazaxıstan həm iqtisadi, həm də təhlükəsizlik baxımından Rusiya ilə sıx bağlıdır. Rusiya Ukraynanın başına gətirdiyi oyunu istədiyi vaxt Qazaxıstan üçün də edə bilər. Bunu nəzərə alaraq, müdrik Nursultan Nazarbayev Rusiya ilə mehriban münasibətlər qurmağa çalışır. O, bunu öz xalqının və vətəni üçün edir. Qazaxıstan Avropa ölkələri,  Çin və başqa dövlətlərlə də münasibətlərini qoruyub saxlayır. Lakin Nazarbayev bilir ki, bu gün Qazaxıstan üçün əsas təhlükə Rusiyadandır. Belarus prezidenti Aleksandr Lukaşenko da Rusiya təhlükəsini hesablayaraq, Avrasiya İttifaqına qoşulmağı qərara alıb. Lukaşenko və Nazarbayev Rusiyadan gələn ziyanı neytrallaşdırmaq istəyirlər”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol