• $
  • €
  • ₽
  • ₺
  • £

2014-cü ildə baş verən erməni plagiatı və təxribat FAKTLARI

2014-cü ildə baş verən erməni plagiatı və təxribat FAKTLARI
29.12.2014 19:08
Ötən illərdə olduğu kimi, yola saldığımız 2014-cü ildə də Azərbaycanın maddi və mənəvi sərvətlərinə qarşı erməni təxribatçılıq faktları aşkarlanıb. Bu faktlar həm musiqi, həm idman, həm kulinariya sahələrini əhatə edir. İctimai-siyasi tarixə toxunmaq da təbii ki, öz qüvvəsində qalır.

Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və Hüquq şöbəsindən Modern.az saytının sorğusuna verilən cavabda  bildirilib ki, 2014-cü ildə aşağıdakı plagait və təxribat faktlarının qarşısı alınıb:

"Erməni plagiatçılığının ardıcıl ifşa xətti cari ildə də davam edib və musiqi sahəsində iki oğurluq cəhdinə layiqli cavab verilib:

Birincisi,  Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Çırpınırdı Qara dəniz” mahnısının musiqisinin guya, erməni şairi Sayat Novaya məxsus olmasına cavab verilib. Belə iddia ilə Türkiyənin "Sabah” qəzeti çıxış etmişdi. Agentlik tərəfindən bu cəfəng iddia alt-üst edılib, danılmaz dəlıllərlə sübut edilib ki, həmin əsərin şeiri 1914-cü ildə Əhməd Cavad tərəfindən Gəncə şəhərində yazılıb,  1918-ci ildə isə U. Hacıbəyov bu şeirə musiqi bəstələyib.

2-ci erməni mənimsəməsi İran-ABŞ pop-ifaçısı Andranik Madadyan tərəfindən sözləri Mikayıl Müşfiqə, musiqisi Ələkbər Tağıyevə məxsus "Sənə qurban” mahnısının "Garun” (Bahar) adı ilə erməni mahnısı kimi ifa edilməsı ilə bağlı olub.

Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində aşkar edilib  ki, A.Madadyanın ifa etdiyi "Garun” (Bahar) mahnısının melodiyası ilə "Sənə qurban”  mahnısının melodiyası üst-üstə düşür. Eyni ilə müəyyən edilib  ki, mahnının sözlərini M.Müşfiq 1937-ci ildə yazıb, mahnını ilk dəfə 1968-ci ildə Azərbaycanın xalq artisti Zeynəb Xanlarova ifa edib.

1978-ci ilin 10 iyun tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) bəstəkar Ə.Tağıyevin "Sənə qurban” mahnısı (sözlərin müəllifi kimi Mikayıl Müşfiqin adı göstərilib) qeydiyyata alınıb”.

Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, cari ildə baş verən digər bir mənimsəmə cəhdi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Ermənistan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına "erməni çörəyi lavaşın hazırlanması ənənələri”ni təqdim edilməsini göstərmək olar.

"Azərbaycan tərəfinin qəti etirazı və gərgin fəaliyyəti nəticəsində bu təxribat baş tutmayıb. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bu məsələ ilə əlaqədar bildirib ki, "lavaş sözü "aş” sözündəndir və bu sözün etimologiyası türklərlə bağlıdır”.

Erməni saxtakarlığı ilə əlaqəli olmasa da, bir faktı da yada salmaq istərdik ki, bu da cari ildə "Çövkən-Azərbaycan Respublikasının qədim Qarabağ atüstü oyunu”nun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasıdır”.

Agentlik bundan əlavə cari ildə erməni təxribatına qarşı "Erməni (yad) el(li) nağılları” (müəllif:Kamran İmanov), Azərbaycan, rus, ingilis, fransız və türk dillərində "Azərbaycan musiqi alətləri” və "Uydurulmuş tarix (erməni soyqırımı)” kitabları çap edib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol