• $
  • €
  • ₽
  • ₺
  • £

Çətin iqlim şəraitində yerləşən hərbi hissələrlə bağlı açıqlama

Çətin iqlim şəraitində yerləşən hərbi hissələrlə bağlı açıqlama
09.01.2015 12:58
Azərbaycan Silahlı Qüvvələrinin yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələrində qış mövsümündə və pis hava şəraitində xidmət üçün bütün tədbirlər həyata keçirilib və şəxsi heyət bunun üçün zəruri olan vasitələrlə təmin olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müdafiə nazirinin təsdiq etdiyi əmrlərin tələblərinə və plana uyğun olaraq yüksək dağlıq və çətin iqlim  şəraitində yerləşən hərbi hissələr artıq çoxdan qış mövsümünə hazırdırlar və bu istiqamətdə müvafiq tədbirlər yerinə yetirilib.
 
"Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələr qışa hazırlıq prosesini çoxdan yekunlaşdırıb, şəxsi heyət qış geyim forması və isti paltarla, bölmələr təbii qaz, dizel, soba və odun yanacaqları ilə normalara uyğun olaraq tam təmin edilib”, - deyə nazirlikdən bildirilib.
 
Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə hərbi qulluqçular gündəlik ümumqoşun ərzaq payı normalarından əlavə müəyyən edilmiş qaydada ərzaq payı ilə təmin olunublar.
 
Eyni zamanda yüksək dağ şəraitində yerləşən bölmələrin şəxsi heyətinin stasionar şəraitdəki kimi yüksək kalorili, milli çeşidli və keyfiyyətli yeməklərlə qidalanmaları üçün həmin bölmələr konservləşdirilmiş 1-ci və 2-ci milli yeməklərlə də təmin ediliblər.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol