• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda büdcə gəlirlərinin təsnifatı dəyişdi

Azərbaycanda büdcə gəlirlərinin təsnifatı dəyişdi
17.03.2015 16:20

Nazirlər Kabineti "Büdcə gəlirlərinin təsnifatı”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycanla digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən, rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisələrin və ya sahibkarın ödəmələri büdcə təsnifatında " Gəlirlərdən (mənfəətdən) vergilər” bölməsinə əlavə edilib.
 
Büdcə gəlirlərinin təsnifatında "Digər gəlirlər” bölməsində də dəyişiklik edilib. İndiyə qədər inzibati tədiyələr və ödənişlər mal və xidmətlərin satışından daxilolmalara aid edilib. Dəyişikliyə əsasən, bundan sonra inzibati tədiyələr və ödənişlər dövlət rüsumu sayılacaq və dövlət rüsumu mal və xidmətlərin satışından daxilolmalara aid ediləcək. Dövlət rüsumuna dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənişlər aiddir. Bu bölməyə daxil olan "Cinayət və inzibati qaydada xətalara görə daxilolmalar” paraqrafının da adı dəyişdirilib.  
 
İndiyə qədər bu paraqrafa maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar aid edilib. Dəyişikliyə əsasən "Cinayət və inzibati qaydada xətalara görə daxilolmalar” paraqrafı "Əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar” adlanacaq. Bu paraqrafa  xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə məşğul olmaya, sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına , digər inzibati xətalara, mülkiyyət əleyhinə olan inzibati xətalara, iqtisadi fəaliyyət və ticarət qaydaları əleyhinə olan inzibati xətalara, nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satışı və ya yayılması məqsədi ilə saxlanılması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılmasına, fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına, digər inzibati xətalara, sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalara, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara, rabitə qaydaları və informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar, miqrasiya sahəsində qanunvericiliyin pozulmasına tətbiq edilən cərimələrdən daxilolmalar, gömrük, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara  və sair cinayət və inzibati qaydada xətalara görə daxilolmalar aid edilib.
 
Qərar imzalandığı gündən qüvvəyə minir.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol