• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə mübahisə düşdü

Milli Məclisdə mübahisə düşdü
03.04.2015 14:10
I vitse-spiker: "Torba atmaq lazım gələndə müraciət edirsiniz, ancaq ..."

"Milli koordinator burda çıxış etdi. Bizim bəlkə ona bir neçə dəyərli təklifimiz var idi. Bizə təkliflərimizi verməyə imkan yaratmırsız ”.

ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Fazil Mustafa parlamentin bu günki iclasında çıxışı zamanı deyib. Deputatın bu sözlərinə I vitse-spiker Ziyafət Əsgərov reaksiya verib. O bildirib ki, deputatlara müraciət olunub, ancaq müraciət edilməyib: "Niyə çıxış etmədiniz? Mən sizin əlinizi də, səsinizi də görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, ancaq belə məsələrdə təkid etmirsiniz”.

Daha sonra çıxışına davam edən F.Mustafa bildirib ki, deputatlara bu qədər sayğısız yanaşmaq olmaz: "Biz sizin müzakirələr üçün 5 dəqiqəlik vaxtın verilməsi fikrinizlə razılaşdıq. Bəs biz bura dinləmək üçün gəlmişiksə, onda sakitcə dinləyək, səsimizi verək çıxaq gedək. Mənim insan alverilə bağlı çox ciddi təkliflərim var idi. Burada söhbət kimisə tənqid etməkdən getmir. Müzakirəyə yazılan deputatlara imkan yaradın. Yada bütün hesabatları və bu barədə məlumatları birləşdirərək bir iclasda verək getsin. Belə məclismi olar? Heç olmasa deputatların rəyini də soruşun”.

Z.Əsgərov deputatın fikirlərinə bir daha münasibət bildirib. O qeyd edib ki, F.Mustafanın irad bildirməyə tam hüququ var, amma çıxışında heç bir məntiq yoxdur: "Mən deputatlara müraciət etdim ki, təkid edən var? Təkcə Elmira Axundova təkid etdi və çıxış etdi. Digər müzakirəyə yazılanlar çıxışdan imtina etdi. Bu nə deməkdi? Mətbuat burda oturub deyənə populistlik lazım deyil. Mən dəfələrlə müraciət etdim ki, kimin təklifi varsa desin”, -deyə Z.Əsgərov bildirib.

ANN.Az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol