• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə: "Ermənistan sülh istiqamətində addım atmaq istəmir"

Asim Mollazadə: "Ermənistan sülh istiqamətində addım atmaq istəmir"
13.04.2015 09:27
"Ermənistan heç bir halda sülh istiqamətində addım atmaq istəmir və atmayacaq da. Moskva isə bu yolda vassalına arxa çıxmağa davam edəcək”.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O, Qarabağ məsələsinin həlli istiqamətində bu iki ölkənin oyun xarakterli  görüşlərinin heç bir nəticə verməyəcəyini bildirib:

"Ermənistanın Rusiyaya arxalanaraq öz müstəqilliyini tamamilə itirmiş bir ərazi və faktiki hərbi forpost olduğu bu dəfə də etiraf olundu. Bunu bir müddət öncəki Moskva görüşü ortaya qoydu. Bu görüşlə danışıqlar prosesinin imitasiyası ilə guya Cənubi Qafqazda sülhü və əminamanlığı yaratmaq mahiyyətini ortaya qoymağa çalışırlar. Ancaq maraqlıdır, bununla kimi aldadırlar. Nalbadyanın Rusiya səfəri vassallığın növbəti təsdiqi idi. Eyni zamanda Qarabağ məsələsinin yubanmasında böyük rol oynayan bu iki tərəfin qeyri-səmimi görüşü o anlama gəlir ki, Ermənistan heç bir halda sülh istiqamətində irəli addım atmaq istəmir və bu cür təhdidlər də Cənubi Qafqazda sülhün inkişafını maneə törədən ən əsas amildir. Bu gün sülhdən imtina edən bir işğalçı ölkə və ona arxa çıxan Moskvanın son zamanlar Qarabağ məsələsinə yönəlik çıxışları və bəyanatları artıq problemin həllində sülh yolunun qeyri-mümkünlüyünü göstərir”.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol