• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski"dən köçürülənlər parlament seçkisində necə səs verəcək?

"Sovetski"dən köçürülənlər parlament seçkisində necə səs verəcək?
14.04.2015 15:09
"Bakıda aparılan abadlıq və quruculuq işləri çərçivəsində köçürülən "Sovetski" məhəlləsi sakinlərinin payızda keçiriləcək parlament seçkisində səs vermələri təmin olunacaq".

Bunu "Report"a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, köçürülən sakinlər yeni məskunlaşdıqları ərazi üzrə seçici siyahısına daxil edilirlər: "Bu proses gedir. Burada heç bir problem yoxdur. Köçürülən sakinlər kənarda qala bilməz, mütləq məskunlaşdıqları seçki dairəsi üzrə siyahıya alınırlar.

Azərbaycan o ölkələrdəndir ki, səsvermə günü də seçiciyə səsvermə hüququ verir. Yəni, əgər hansısa şəxsin adı seçici siyahısına daxil edilməyibsə, o, məhkəməyə getmir, təsdiqedici faktlarla onun səsvermə hüququ həyata keçirilir. İstər söküntü, istər köçürmə, istərsə də bu və ya digər səbəbdən kiminsə adı siyahıda yoxdursa, onun səsvermə günü belə, səsvermə hüququnun tanınması mümkündür. Narahatlığa əsas yoxdur. Bunu beynəlxalq qurumlar da, ictimaiyyət də qəbul edib".

N.Məmmədov bu məsələdə seçicilərin aktiv olmasını tövsiyə edib: "Seçici siyahılarını MSK-nın internet saytında yerləşdirmişik, hər kəs buradan öz adının olub-olmamasını yoxlaya, düzəlişə ehtiyac olan məlumat varsa, müraciət edə bilər. MSK bu məsələni diqqətdə saxlayır. Ümumiyyətlə, Azərbaycanda siyahıya düşməyən şəxsin səsvermə imkanlarının məhdud olmasından söhbət gedə bilməz". 

Köçürülən sakinlərin əksər hissəsi 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazisinə düşür. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol