• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı deputat erməniləri susdurdu

Azərbaycanlı deputat erməniləri susdurdu
21.04.2015 12:14
Azərbaycanlı deputat Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verib. 

ANS PRESS-in məlumatına görə, o, ermənilərin Xocalı soyqırımını törədən bir ölkənin təmsilçiləri olaraq burada çıxış etmək haqqı olmadığını deyib. 

"Təssüf edirəm ki, Ermənistan nümayəndə heyətinin üzvləri bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr edərək yanlış, qərəz dolu məlumat və fikirlər səsləndirdilər. Qonşusunun, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan bir ölkənin Ermənistanın təmsilçilərinin bu Assamleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdur. 1 milyon azərbaycanlını öz evindən qaçqın və məcburi köçkün salan və bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkillərinin Avropa Şurası Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur. İşğalçı bir ölkənin, 1 milyon insanın bütün insan haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən bir ölkənin, Ermənistanın insan haqlarından dəm vurub kimlərəsə dərs keçmək haqqı yoxdur və çox gülünc görünür. Yaxşı olardı ki, o, yalan, qərəz dolu məlumatlarla bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr etməkdənsə öz ölkələrində vəziyyətindən danışaydılar. Onların Türkiyə və Azərbaycan haqqında səsləndirdiyi fikirlər qərəzdən və yalandan başqa bir şey deyil və çox təssüf edirik ki, onlar bu kimi addımlara son qoymurlar". 

Deputat AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb. Q.Paşayeva bir daha xatırladıb ki, Ermənistan AŞ qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəlik götürüb. Amma heç bir addım atmayıb. 

"Öz evinə dönə bilməyən və insan haqları işğalçı Ermənistan tərəfindən tapdanmaqda davam edən azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar. 

Ermənistan heyəti siz nədən yüz il əvvəl olan hadisələri heç bir rəsmi sübutlar olmadan soyqırım kimi təqdim edirsiniz amma öz ölkənizin törətdiyi soyqırıma görə ailələrini itirmiş Xocalılılardan bir dəfə də olsun üzr istəməyibsiniz?

Ölkəniz Ermənistan nədən bu dəhşətli soyqırımı törədənləri Ermənistanda gizlədir və onların ədalət qarşısında cavab verməsinə imkan vermirsiniz?

Nə üçün əhalisinin əksəriyyətini məhv etdiyiniz Xocalıdan qaçaraq canını qurtara bilmiş çox az sayda Xocalı sakininin 23 ildir öz evlərinə dönməsinə imkan vermirsiniz?

Ermənistan heyətindən bu suallara cavab vermələrini gözləyirik". 

Millət vəkilindən sonra çıxış edən Ermənistan nümayəndə heyəti təmsilçisi suallara heç bir arqumentlə cavab verə bilməyib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol