• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İran birgə müdafiə komissiyası yaradır

Azərbaycan və İran birgə müdafiə komissiyası yaradır
21.04.2015 17:25
Azərbaycanla İran arasında müştərək müdafiə komissiyası yaradılacaq.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranın müdafiə naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Səfir bildirib ki, bu komissiyaya Azərbaycanın və İranın müdafiə nazirlərinin rəhbərlik etməsi qərarı alınıb:

"İki ölkə Müdafiə nazirlikləri arasında müzakirələr bu komissiya çərçivəsində aparılacaq və təkliflər irəli sürüləcək. Komissiya təhlükəsizlik məsələləri, regionun təhlükəsizliyi və sair istiqamətdə fəaliyyət göstərəcək”.

Diplomat qeyd edib ki, İranın müdafiə nazirinin Azərbaycanda keçirdiyi görüşlərdə ikinci əsas mövzu regional məsələlər olub:

"Dünyada və regionda bəzi məsələlər var ki, bizim ölkələrimizə də təsir edir. Xüsusi olaraq bölgəni və ölkələri təhdid edən "İŞİD” qruplaşması, "Əl-Qaidə” ilə bağlı məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, dini radikalizm sahəsində birgə addım atılsın və lazımi tədbirlər həyata keçirilsin”.

Xatırladaq ki, müdafiə naziri Zakir Həsənovun dəvəti ilə Azərbaycana səfər edən İranın müdafiə nazirini prezident İlham Əliyev qəbul edilib. H.Dehqan müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Yavər Camalovla da görüşüb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol