• $
  • €
  • ₽
  • ₺
  • £

XİN rəhbərindən Qarabağ tələbi

XİN rəhbərindən Qarabağ tələbi
05.05.2015 16:48
Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi səfir Akira Mutonu qəbul edib.

XİN-dən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu bildirərək, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. O, enerji sektoru ilə bərabər Azərbaycanın kənd-təsərrüfatı, yüksək texnologiyalar və qeyri-neft sektoru sahələrində Yaponiya ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Elmar Məmmədyarov Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Yaponiyaya səfərini diqqətə çatdırıb.

Akira Muto Yaponiyanın Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyərək informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye, sərmayələrin yatırımı kimi sahələrdə yapon şirkətlərinin Azərbaycana maraq göstərdiklərini vurğulayıb.

O, sənayeləşmə və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu nəzərə çatdırıb. 

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Akira Muto Yaponiyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olduğunu qeyd edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın Azərbaycana qarşı işğalına son qoymalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüş əsnasında "GUAM+Yaponiya” formatında əməkdaşlıq və eləcə də qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol