• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiya və NATO nə qədər ağılsız ola bilər ki...”

“Rusiya və NATO nə qədər ağılsız ola bilər ki...”
30.05.2015 16:11
"Rusiya və NATO bir-biri ilə heç bir zaman müharibəyə başlamayacaq”.
 
Bu barədə Axar.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu açıqlama verib. O bildirib ki, Rusiya və NATO arasında müharibəyə heç bir əsas yoxdur:
 
"Bu, diplomatik hədə-qorxular bundan öncə də var idi. Hazırda Rusiyanın əlində olan yeganə etibarlı vasitə onun gücüdür. Ən azından Rusiyada belə hesab edirlər. NATO isə Rusiyadan nəinki zəif, hətta mən deyərdim ki, hərbi cəhətdən qat-qat güclüdür. İndi həmin o amil işə salınıb. Bir-birinə müharibə, güc tətbiq etmək hədələri ilə təsir etməyə çalışırlar. İstər NATO ölkələri, istərsə də Rusiya nə qədər ağılsız ola bilər ki, öz aralarında müharibəyə başlasınlar. Bunun üçün heç bir səbəb də yoxdur. Ukrayna amilindən söhbət gedirsə, bu, səbəb deyil. Ukraynada situasiya az-çox bəllidir. Bəlkə Rusiya həddindən artıq dərin böhran vəziyyətinə düşsə və NATO-nun Şərqi Avropadakı, yaxud da Baltik dənizi hövzəsindən keçməklə Alyansa üzv olan ölkələrə təzyiq edərsə, o zaman müharibə qaçılmaz ola bilər. Ancaq güman etmirəm ki, Rusiya bu addımları atsın. Çünki Moskva öz potensialına çox yaxşı bələddir. Əslində NATO ilə Rusiya arasında çoxdan bir müharibə başlayıb. Bu, psixoloji müharibədir”.
 
Qeyd edək ki, son zamanlar Rusiya və NATO tərəfindən beynəlxalq gərginliyi artıracaq müharibə anonsları get-gedə daha kəskin hal alır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol