• $
  • €
  • ₽
  • ₺
  • £

Təmas xəttində ermənilər böyük yanğın törətdi

Təmas xəttində ermənilər böyük yanğın törətdi
07.06.2015 17:30
Ermənistan silahlı birləşmələrinin cəbhə xəttindəki təxribatları davam edir. Qarşı tərəf işğal altındakı ərazilərdə yenidən yanğınlar törədib.

ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, yanğın Tərtərin təmas xəttində yerləşən Qapanlı kəndinin yaxınlığında günorta saatlarında başlayıb. Havanın küləkli olması alovun miqyasının daha da böyüməsinə səbəb olub. 

Yanğının kəndə keçməsi ehtimalına qarşı FHN-nin Tərtər yanğından mühafizə hissəsinin yanğınsöndürənləri əraziyə cəlb edilib.
Kənd sakini Rasim Hüseynov deyir ki, hər gün belə yanğınlar olur: "Sönür, bir də yandırırlar, külək əgər kəndə tərəf əssə, 100% təsərrüfat sahəsinə keçərək taxılımıza ziyan vurar.

Kəndin əkin sahələri qarşı tərəfin mövqelərindən aydın göründüyü üçün arpa və taxıl biçini ya gecələr, ya da Qırmızı Xaç Komitəsinin müdaxiləsindən sonra mümkün olur. Bu səbəbdən də məhsulun toplanması gecikir. Əsəs məşğuliyyəti əkinçilik olan sakinləri ən çox narahat edən amillərdən biri də budur.

"Hardasa 100-200 hektar, dəqiq deyə bilmərəm. Amma onu deyə bilərəm ki, bütün taxıl və arpa zəmiləri hamısı durur. Yanğının sahələrə keçmə ehtimal var. Keçsə onu heç söndürmək mümkün olmayacaq”, – deyə kənd sakini Həsən İsgəndərov bildirib.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində minalanmış ərazidə bir neçə dəfə partlayış səsləri də eşidilib.

Ağdam və Tərtər rayonlarının işğal altındakı ərazilərində günorta saatlarında başlayan yanğın 10 saatdan artıqdır ki, davam edir. Alovun cəbhə xətti boyunca əhatə etdiyi məsafə isə 10 km-ə yaxındır. 

Yerli əhalinin sözlərinə görə, son günlər ərazidə intensiv atışma olmasa da, ara-sıra atəş səsləri də eşitmək mümkündür. 
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol