• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa yeni Qarabağ müharibəsinə razılıq verir

Avropa yeni Qarabağ müharibəsinə razılıq verir
13.06.2015 12:30
İyunun axırında AŞPA-da münaqişə ilə bağlı yeni qətnamə qəbul ediləcək.

Beynəlxalq ictimaiyyətin gözündə Ermənistan təcavüzkar dövlət kimi tanınır. 

ANS PRESS-in məlumatına görə, bu barədə müxalifətçi Erməni Milli Konqressi partiyasının parlament fraksiyasının başçısı Levon Zurabyan bildirib. Onun fikrincə, Ermənistanın bu uğursuzluğu ölkə hakimiyyətinin səriştəsiz siyasəti və gələcəyi görə bilməməsi ilə bağlıdır. 

Levon Zurabyanı bu cür danışmağa Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) monitorinq komissiyasında qəbul edilmiş "Azərbaycanda demokratik institutların fəaliyyəti” sənədi məcbur edib. Sənəddə deyilir: "Ermənistan Dağlıq Qarabağı işğal edib”. Sənəd 22-26 iyunda AŞPA-nın yay sessiyasında səsverməyə çıxarılacaq və qətnaməyə çevriləcək. 

Bu, Ermənistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı indiyə kimi apardığı riyakar siyasəti darmadağın edəcək. Rəsmi İrəvan hər yerdə bəyan edir ki, guya Dağlıq Qarabağı və ətraf rayonları Ermənistan ordusu deyil, yerli erməni hərbi birləşmələri işğal edib. Halbuki, bunu təkzib edən faktlar yetərincədir: Dağlıq Qarabağdakı işğalçı ordunun komandiri müdafiə nazirindən sonra Ermənistan ordusunda ikinci adam sayılır, Ermənistan vətəndaşları işğal edilmiş ərazilərdə hərbi xidmət keçir və s. 

AŞPA-nın yay sessiyasında səsverməyə çıxarılacaq qətnamə Azərbaycana öz ərazilərini işğalçı Ermənistan ordusundan azad etməyə imkan verəcək. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol