• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN Ermənistanı ifşa etdi

Azərbaycan XİN Ermənistanı ifşa etdi
12.07.2015 18:00
"Avropa Parlamentinin qəbul etdiyi qətnamədə dövlətlərin ərazi bütövlüyü xüsusi ilə vurğulanır".

ANS PRESS-in məlumatına görə, bu sözləri Xarici İçlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə açıqlamasında bildirib. 

"Bu ilin 9 iyul tarixində Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclası çərçivəsində məruzəçi Eduard Kukanın hazırladığı "Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə qəbul edilib. Qətnamədə həlli uzadılmış münaqişələr məsələsi necə əhatə olunub” sualına cavabında XİN təmsilçisi bildirib ki, qətnamədə Avropa Qonşuluq Siyasəti bölgəsinin təhlükəsizliyi məsələsinə əhəmiyyətli yer ayrılıb: "Belə ki, qonşuluq ərazisinin böyük hissəsinin silahlı münaqişələrdən əziyyət çəkdiyi qeyd olunaraq bu ərazidə mövcud olan həlli uzadılmış münaqişələrin iqtisadi, sosial və siyasi dəyişiklik proseslərinə əngəl törətdiyi vurğulanır. Bu xüsusda, AQS-nin inkişafına başlıca maneə törədən həlli uzadılmış münaqişələrin həm Şərq, həm də Cənub istiqamətində həllində Aİ-nin daha fəal rol oynamalı olduğu qeyd olunur.

Qətnamədə Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir.

Qətnamənin sonunda bir daha tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstək ifadə olunur və AQS-nin bu prinsiplərə töhfə verməklə yanaşı, onları təcrübədə dəstəkləməli olduğu qeyd olunur.

Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı qətnamə AP-nin bundan öncəki 23 oktyabr 2013-cü il qətnaməsinə istinad edir və xatırlatmaq istərdik ki, burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ifadə olunaraq bəyan edilirdi: "Şərq Tərəfdaşlığının bir ölkəsinin digərini işğal etməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozur və Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nin məlum 4 qətnaməsi əsasında həll olunmalıdır”.

Təəssüflər olsun ki, münaqişənim həllinə dair beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan bu qətnaməni də təhrif etməkdən çəkinmir. Hətta reallıq hissini itirərək qətnamədə olmayan ifadələri belə yalan şəklində ora əlavə etməkdən çəkinmir. Bu da əslində zəifliyin və Ermənistanın beynəlxalq səviyyədə artmaqda olan təcridinin göstəricisidir”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol