• $
  • €
  • ₽
  • ₺
  • £

Uorlik: İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır

Uorlik: İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır
14.07.2015 17:44
İşğal edilmiş ərazilər kompleks tənzimləmə çəçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik "Vedomsti” qəzetinə verdiyi müsahibəsində bildirib.

"Burada əsas olan bir elementin və ya bir tənzimləmə prinsipinin üzərində durmamaqdır. Ərazilər qaytarılmalıdır, amma başqa amillər də mövcuddur. Ona görə də biz hər zaman kompleks tənzimləmədən danışırıq – siz yalnız bir aspekti götürərək məhz onun tənzimləmə əsası olduğunu iddia edə bilməzsiniz. Biz sülh yolu ilə həll etməni hərtərəfli nəzərdən keçirməliyik”, - diplomat deyib.

Onun sözlərinə görə, razılaşdırılan atəşkəsə tam olaraq riayət edilmir.

"Bu, bizdə narahatlıq yaradır. Amma Dağlıq Qarabağ münaqişəsinin dinc yol ilə həlli mümkündür”, - o deyib.

Azərbaycan tərəfindən iri silah partiyalarının alınmasından danışarkən, həmsədr hər iki tərəfin həm Ermənistanın, həm də Azərbaycanın öz təhlükəsizliyini təmin etmək haqqı olduğunu vurğulayıb, bununla əlaqədar biz onların niyə silaha ehtiyacları olduğunu və müxtəlif mənbələrdən silah aldıqlarını anlayırıq.  

"Eyni zamanda, narahatçılıq, əsasən də təmas xəttində, eləcə də Azərbaycan-erməni sərhəddində silahlanmanı gücləndirir.

Bizi, eləcə də hərbi tarazlıq məsələsi narahat edir. İki ölkə arasında qarşıdurmalar əvvəlki kimi mövcuddur. Ona görə də biz, hərbi qüvvə nisbətində üstünlüyün bu və ya digər ölkə tərəfindən istifadə edilməsinə səbəb olmasını istəmirik”, - Uorlik qeyd edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol