• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və Azərbaycan arasında illərdir ki, hərbi sahədə əməkdaşlıq mövcuddur

ABŞ və Azərbaycan arasında illərdir ki, hərbi sahədə əməkdaşlıq mövcuddur
19.07.2015 15:00
"ABŞ və Azərbaycan arasında hərbi sahədə illərdir ki, əməkdaşlıq mövcuddur. Biz ölkələrimiz arasındakı hərbi sahədəki əməkdaşlığı alqışlayırıq”.
 
APA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
 
"Azərbaycan çoxsaylı sülhməramlı missiyada iştirak edib. Buna Əfqanıstan, İraq və Kosovodakı missiyaları nümunə göstərmək olar. Bu kimi sülhməramlı missiyalara qatılan Azərbaycan bilavasitə öz hərbi gücünün inkişafına təkan vermiş, hərbi operativliyinin səviyyəsini yüksəltmiş olur. Bununla yanaşı, Azərbaycan bir sıra qlobal məsələlərin həllində də yer alır”, - deyə səfir bildirib.
 
Diplomat dövlətlərarası münasibətlərin əsas məqamının iki dövlət arasında müxtəlif səviyyələrdə olan əməkdaşlıq və əlaqələrdən ibarət olduğunu bildirib: "Mütəmadi əlaqədə olmaq çox böyük önəm kəsb edir”.
 
ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın birgə hökumətlərarası komissiyanın yaradılması ilə bağlı bəyanatı şərh edən səfir Sekuta bu məsələnin reallaşması istiqamətində hazırda iş getdiyini bildirib: "Bu məsələ çözülmək istiqamətindədir. Danışıqlar gedir. Nuland özü Azərbaycanın yüksək səviyyəli dövlət nümayəndələri ilə əlaqədə olub. Bilirsiniz ki, bu kimi mühüm təşəbbüslər üçün hazırlıq lazımdır, bu məsələ inkişafdadır”.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol