• $
  • €
  • ₽
  • ₺
  • £

Leontyev: İlham Əliyev Şevarnadze deyil

Leontyev: İlham Əliyev Şevarnadze deyil
21.07.2015 13:55
Son vaxtlar qərb ölkələrinin Azərbaycanın ünvanına tez-tez səsləndirdikləri tənqidlərin səbəbi onların Moskva və Bakının arasını vurmaq üzrə uğursuz cəhdləri ilə əlaqədardır.

Oxu.Az xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Leontyev "Vesti FM”in canlı efirində bildirib.

Azərbaycan prezidenti İlham Əliyevin bir müddət əvvəl Avropa İttifaqının ünvanına səsləndirdiyi kəskin bəyanatın nə ilə əlaqədar ola biləcəyi sualını cavablandıran politoloq bildirib ki, bu, Brüsselin hərəkətlərinə qanunauyğun və özünü doğrultmuş bir reaksiya idi.

"Bu o deməkdir ki, Azərbaycanın rəhbərliyi Avropadan gələn tamamilə açıq, anti-Azərbaycan təbliğat fəaliyyətini aşkarlayıb. Yəqin onlar qapalı xarakterli fəaliyyət barədə də məlumatlıdırlar, çünki adətən bütün bunlar bir paketdə gəlir”, - deyə, o, qeyd edib.

"Yəqin Azərbaycan yoldaşları çox heyfsləndirib. Yəqin onlar gözləyirdilər ki, Azərbaycan Rusiyadan uzaqlaşacaq. Ermənistanla münaqişə iki ölkənin arasını vurmaq üçün çox rahat və etibarlı alətdir. Onlar narazıdırlar, çünki daha çox şey istəyirdilər. Onlar Şevarnadzeni devirən insanlardır, halbuki Şevarnadze onların qarşısına çıxır, əməkdaşlığa hazır olduğunu göstərirdi, əvəzində isə belə "çox sağ ol” aldı. İlham Əliyev Şevarnadze deyil, loyallıq dərəcəsi çox aşağıdır. Niyə də qurdalamasınlar?”, - deyə, politoloq bildirib.

Bununla yanaşı, politoloq Qərbdə hansısa xüsusi marağın yaranacağını istisna etmir, "çünki indi onlara Rusiyanın ətrafında satellitlər, yəni tamamilə marionet dövlətlər lazımdır, çünki Rusiyaya qarşı boğma siyasəti həyata keçirilir”.

Lakin ekspertin fikrincə, Bakıya qarşı bu istiqamətdə atılan addımlar əvvəlcədən uğursuzluğa düçar olacaq:

"Bizim çoxlu sayda problemlərimiz və xeyli dərəcədə hansısa sahələrdə rəqib olmağımıza baxmayaraq, Azərbaycan daim özünü Rusiyaya münasibətdə son dərəcə düzgün aparıb”, - deyə, Mixail Leontyev qeyd edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol