• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya sonuncu kartını işə salır

Rusiya sonuncu kartını işə salır
25.07.2015 16:41
Rusiya hazırda regionda yaranan boşluqları doldurmağa çalışır.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Rusiyanın fonunda Suriyanın Avrasiya İttifaqına qoşulma məsələsini şərh edən politoloq iki ölkə arasında güclü bir yaxınlaşmanın ola biləcəyindən söz açıb:
 
"Rusiya keçmiş SSRİ-nin varisidir və bu iki dövlətin uzun sürən müttəfiqlik tarixi var. Ötən əsrin ikinci yarısından bəri Moskvanın Dəməşqlə çoxşaxəli əlaqələr qurduğunu bilirik. Soyuq müharibə bitdikdən sonra bir çox alyans və müttəfiqlik əlaqələri də çöküb. Xüsusən də Rusiya ən çox itirən tərəf olub. Qərb bu işdən hər zaman geosiyasi məkanda yararlanmağa çalışıb. Təbii ki, Vaşinqton bu prosesi xeyrinə dəyişə bilib. Rusiya indi yaranan bu boşluqları doldurmağa çalışır. Suriyanın Tartus limanında Rusiyanın hərbi bazası hələ də durur. Moskva da Yaxın Şərqdə itirilmiş mövqelərini ona görə bərpa etməyə çalışır ki, həmin vacib bölgədən tam çıxarılmasın. Kremlin əlindəki yeganə kart - Bəşər Əsədin hakimiyyəti - Moskavaya bu imkanı vəd edir. Rəsmi Moskva İŞİD-in Rusiyanı hədəf almasını bilir və həmin qondarma dövlətin səylərini zərərsizləşdirməkdən ötrü qaynar bölgədə müqavimət səddi qurmağa çalışır. Buna görə də Dəməşqin Rusiya ətrafında hər hansı bloka qatılması hər iki tərəfə güclü bir yaxınlaşmanı reallaşdırmaqdan ötrü platforma verə biləcək”.
 
Qeyd edək ki, Suriya Avrasiya İttifaqı ilə azad iqtisadi zonanın yaradılması haqqında müqaviləni imzalamaq niyyətindədir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol