• $
  • €
  • ₽
  • ₺
  • £

Müsavat üzvü yeni partiya yaradır

Müsavat üzvü yeni partiya yaradır
29.07.2015 15:59
""Ağ blok” müxtəlif partiyalarda təmsil olunan, lakin həmin təşkilatlarda yetərincə dəstəklənməyən gənclərin parlament seçkilərində birgə iştirakını təmin etmək məqsədilə yaradılıb”.

Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.
 
O, həmtəsisçisi olduğu "Ağ blok”un gələcək fəaliyyəti, formatı barədə fikirlərini açıqlayıb: "Bizim üçün önəmli olan yeni simaların siyasi arenaya çıxmasıdır. Azərbaycan cəmiyyətində artıq ənənəvi müxalifətdə olanlara inam yoxdur. Cəmiyyətimiz bəzi siyasətçilərin nəticəsi olmayan fəaliyyətindən yorulub. Bu baxımdan xalqın sosial sifarişini nəzərə alaraq belə bir bloku təsis etmək qərarına gəldik. İlkin mərhələdə hədəfimiz Azərbaycanda keçiriləcək parlament seçkiləridir. Bu seçkilərdə biz istər Bakı, istərsə də regionlardan olan gənc namizədlərlə təmsil olunmaq niyyətindəyik”.
 
Onun sözlərinə görə, blok gələcəkdə partiyaya çevrilə bilər: "Seçkidən sonra da blokun fəaliyyətini davam etdirmək niyyətindəyik. Sadəcə, formatını, daxili strukturunu müəyyənləşdirəcəyik. Blokun gələcəkdə partiyaya çevriləcəyini də istisna etmək olmaz. Ancaq bütün bunlar sonrakı mərhələdə baş tutacaq. Blok qarşısına qoyduğu məqsədlərə çata biləcəksə, onun formatı dəyişəcəyik. Ümid edirəm ki, fəaliyyətimiz uğurlu olacaq”.
 
Müsavat Partiyası Mərkəzi İcra aparatının rəhbəri Gülağa Aslanlı isə APA-ya açıqlamasında T. Abbaslının partiya yaradacağı təqdirdə Müsavatdan kənarlaşdırılacağını vurğulayıb: "Müsavat Partiyasının Nizamnaməsində açıq şəkildə yazılıb ki, başqa partiyanın üzvü, Müsavatın üzvü ola bilməz. Kimsə partiya yaradıb onun üzvü olacaqsa, Müsavat üzvlüyündən azad olunacaq”.
 
Xatırladaq ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu da "Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatını yaradıb və bundan sonra partiyadan kənarlaşdırılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol