• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər: “Rasim Əliyevin ölümü bizə təhdiddir”

Jurnalistlər: “Rasim Əliyevin ölümü bizə təhdiddir”
10.08.2015 13:34
"Həmkarımızın ölümünü özümüz, gələcək fəaliyyətimiz üçün təhdid olaraq görürük, qatillərin tapılıb layiqli cəza almasını tələb və xahiş edirik!” İdman jurnalistləri Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb. 

Bəyanatda deyilir: ""Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü iddia olunan jurnalist Rasim Əliyevin ölüm xəbəri hamımızı sarsıtdı. Mərhum Rasim Əliyevin ölümündə günahkar qismində futbolçu və onun qohumlarının göstərilməsi isə idman jurnalistləri olaraq bizi daha çox əlaqədar edir. Jurnalistin ölümündə məsuliyyət daşıyanlar hələ tam müəyyənləşməsə də, həmkarımızın faciəsində günahkar qismində "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun adının hallanmasından təəssüf hissi keçirdiyimizi bildiririk”.

Bəyanat müəllifləri "Qəbələ" klubunun rəhbərliyindən Rasim Əliyevin ölümündə Cavid Hüseynovun rolunun olub-olmadığını dərindən araşdırılmasını, bu haqda mətbuata məlumat vermələrini  xahiş edir. 

"Jurnalistin fikir bildirmək, tənqid etmək haqqı var. Jurnalist fikir bildirdiyinə görə heç bir halda fiziki təzyiqə məruz qalmamalı, öldürülməməlidi! Bəli, Cavid Hüseynovu "Apollon"la oyunlardakı bayraq məsələsinə görə qəhrəmana çevirən mətbuat - bizim bəzi həmkarlarımız olmuşdu. Amma bu bəyanatın altında adı olan jurnalistlər bir daha bildirirlər ki, jurnalist Rasim Əliyevin ölümündə Cavid Hüseynovun və onun qohumlarının rolu varsa, cəzasını çəkməlidir”.

Bəyanatı F+ qəzetinin baş redaktoru Mahir Rüstəmli, Fanat.az saytının baş redaktoru Əli Sahib, Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev, İdmanxeber.com saytının baş redaktoru Səxavət Qurbanov, Futbolinfo.az saytının baş redaktoru Vüsal Mahmudov, Komanda.az saytının baş redaktoru Rəşad Ergün və Korner.az saytının baş redaktoru Saleh Arslan imzalayıblar. 

Avqustun 8-də döyülən jurnalist Rasim Əliyev bir gün sonra xəstəxanada vəfat edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol