Poroşenko: Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq

22:27 | 18.01.2017
Poroşenko: Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq

Poroşenko: Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq

Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq.

"Report" xəbər verir ki, bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşdə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

"Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq", - deyə o bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb