Prezident Aparatı qarşısında etiraz aksiyası keçirilib

16:05 | 24.01.2023
Prezident Aparatı qarşısında etiraz aksiyası keçirilib

Prezident Aparatı qarşısında etiraz aksiyası keçirilib

Övladlarına şəhidlik statusu ala bilməyən ailələr Prezident Aparatı qarşısında etiraz aksiyası keçirib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

"Övladım hərbi xidmətdən gəlməsinə 3 ay qalmış ürəyindən güllə yarası alıb, onu rayona da şəhid kimi gətirib dəfn ediblər. 3 gün sonra isə dedilər ki, kəskin qanaxmadan dünyasını dəyişib. Şəhid deyil, intihardır”, - valideynlərdən biri deyib.

Valideynlərin əsas tələbi övladlarına şəhidlik statusunun verilməsi olub.

Xəzər Müdafiə Tədqiqatları İnstitutunun (CDSİ) monitorinqinin nəticələrinə görə, 2022-ci ildə Azərbaycanda ümumilikdə 22 hərbçi intihar edib. Monitorinqə əsasən, ötən ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib. Hərbi qulluqçulardan 87-si Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazisindən atılan atəş nəticəsində güllə yarasından (85 nəfər güllə yarasından, 2 nəfər mina partlayışı nəticəsində həlak olub, red), 58-i isə qeyri-müəyyən şəraitdə ölüb. 
 
Lida Abbaslı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb