Prezident Bakıda gözdən əlillər üçün yaşayış binasının açılışında

12:54 | 24.12.2015
Prezident Bakıda gözdən əlillər üçün yaşayış binasının açılışında

Prezident Bakıda gözdən əlillər üçün yaşayış binasının açılışında

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər.
APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib.
 
Qeyd edilib ki, 12 mərtəbəli binada 132 mənzil var. Mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb.
 
Prezident İlham Əliyev binanın bir qrup sakini ilə görüşüb. Sonra dövlət başçısı mənzillərin orderlərini sakinlərə təqdim edib, xatirə şəkli çəkdirilib.
 
Dövlət başçısı və xanımı mənzillərdə yaradılan şəraitlə tanış olublar.
 
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışında da iştirak ediblər. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış olublar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür