Prezident Əliyev Ərəbistan şahzadəsi ilə görüşdü

14:30 | 13.06.2015
Prezident Əliyev Ərəbistan şahzadəsi ilə görüşdü

Prezident Əliyev Ərəbistan şahzadəsi ilə görüşdü

Azərbaycanın prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti, Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu qəbul edib. 

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O, birinci Avropa Oyunlarının açılış mərasiminin yüksək səviyyədə təşkil olunması münasibətilə prezident İlham Əliyevi təbrik edib. 

Ölkələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanının Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini deyib.

Dövlət başçısı Kral Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM