Prezident Ərdoğanın İLK NİTQİ

09:15 | 11.08.2014
Prezident Ərdoğanın İLK NİTQİ

Prezident Ərdoğanın İLK NİTQİ

Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğan rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) baş ofisinin balkonundan xalqa səslənib.   APA-nın xəbərinə görə, Ərdoğan Türkiyə xalqına ona göstərdiyi etimada görə minnətdarlığını bildirib. O bildirib ki, bu gün ona səs verənlər kimi səs verməyənlər də qazanıb: “Bu gün 77 milyon, 81 vilayət qazanıb. Bu gün yeni, böyük, öncül Türkiyə qazanıb”. Ərdoğan deyib ki, türk milləti sadəcə Türkiyə Böyük Millət Məclisini, höküməti deyil, həm də prezidenti təyin edən gücü əlinə keçirib: “Millət Türkiyənin istiqamətini artıq birbaşa özü müəyyənləşdirməyə başlayıb”. Ərdoğan bildirib ki, o, yalnız ona səs verənlərin deyil, 77 milyonluq Türkiyənin prezidenti olacaq: “Bu gün itirən yalnız kirli siyasət və siyasətdən kənar güclər oldu, onlar ibrətlik dərs aldılar” Ərdoğan müxlaifətin bu gündən etibarən öz siyasətinə yenidən baxacağına inandığını bildirib: “Yeni Türkiyə ilə uzlaşan bir müxalifət və siyasət tərzinin inşa ediləcəyinə inanıram”. Ərdoğan ona səs verməyənlərə və müxaliflərinə də səslənib: “Bu gün yeni bir toplumsal uzlaşma mərhələsini birlikdə başlayaq. Köhnə müzakirələri köhnə Türkiyədə qoyaq”.  Ərdoğan ölkəsindəki etnik xalqlara və fərqli düşüncə sahiblərinə də birlik mesajı verib: "Hamımız eyni əcdadın, eyni mədəniyyətin və tarixin övladlarıyıq. Siyasi görüşlərimiz, yaşam tərzimiz, məzhəblərimz, dəyərlərimiz, etnik kökümüz və dillərimiz fərqli ola bilər, amma hamımız bu ölkənin övladlarıyıq, ay-ulduzlu bayrağın kölgəsi altındayıq, bu dövlətin sahibləriyik”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb