Prezident : "Nobel Sülh mükafatı ləğv edilməlidir"

20:24 | 25.08.2014
Prezident : "Nobel Sülh mükafatı ləğv edilməlidir"

Prezident : "Nobel Sülh mükafatı ləğv edilməlidir"

Nobel Sülh mükafatına namizəd göstərilən Uruqvay prezidenti Xose Muxika, bu mükafatın heç bir mənasının qalmadığını, ləğv edilməli olduğunu bildirib.

Muxika, dünyanın bir çox bölgəsində qan su yerinə axarkən, belə bir mükafatın verilməsinin çox mənasız olduğunu bildirib. O, "Soyuq Müharibə" dövründə bu qədər qan tökülmədiyini xatırladaraq, "O vaxtlar liderlər oyunu qaydalarına görə oynayırdılıar, bir nizam var idi, zəng edib müharibələri saxlayırdılar. İndi isə kimsə gəlib mənim qarşımda "Soyuq Müharibə" dövrünü tənqid etməsin",-deyə bildirib.

Uruqvay dövlət başçısı Xose Muxika, İspaniyanın "El Mundo" qəzetinə verdiyi reportajda, adının Nobel Sülh mükafatının namizədləri arasında olmasına əsəbiləşərək, mükafata layiq görülsə, ondan imtina edəcəyini açıqlayıb:

"Ukraynada, Liviyada, İraqda, Suriyada, Fələstində baş verənlər haqqında danışmaq belə istəmirəm. Bundan əlavə bir də mükafat vermək istəyirlər".

Bir müddət əvvəl, "İsrail Fələstin xalqına soyqırım edir", ifadəsini işlədən Muxika, bu fikrinin arxasında olduğunu və bu soyqırımın ən böyük günahkarının ABŞ olduğunu vurğulayıb:

"ABŞ istəsə bölgəyə "sarışın uşaqlar" göndərər və müharibəni bitirər, ancaq istəmir. Hər tərəfə sülh əsgəri göndərən ABŞ, nə üçün buraya göndərmək istəmir? Çünki bu vəziyyət onlara sərf edir. Bu müharibə kindən və nifrətdən başqa bir şey yaratmır".

Solfront.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb