Prezident Qurban Qurbanovdan danışdı

13:40 | 08.04.2022
Prezident Qurban Qurbanovdan danışdı

Prezident Qurban Qurbanovdan danışdı

Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib. 

Dövlət başçısı bildirib ki, nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq.
 
"O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir”, - o bildirib.

Konfrans Liqasında keçirilən "Qarabağ” - "Marsel” oyununda  Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjinin qolu əllə vurmasından sonra futbolçusunu yanına çağırmışdı, qolu əllə vurub-vurmadığını soruşub. İbrahima Vadji isə qolu əllə vurduğunu etiraf edib. Nəticədə qol sayılmayıb. Buna görə rəqibin ulduz futbolçusu Dmitri Payet Qurban Qurbanova təşəkkür edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti