Prezident səfirin etimadnaməsini qəbul edib

13:58 | 28.02.2018
Prezident səfirin etimadnaməsini qəbul edib

Prezident səfirin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Misirin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.

Səfir Adel İbrahim Ahmed İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçib. Adel İbrahim Ahmed İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd edib, Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirib. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM