Prezidentin köməkçisindən mühüm açıqlamalar

13:49 | 09.05.2020
Prezidentin köməkçisindən mühüm açıqlamalar

Prezidentin köməkçisindən mühüm açıqlamalar

"Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandanımız İlham Əliyev çağdaş dünyamızın müasir liderlik faktoru olaraq dəyərləndirilməkdədir. Söz yox ki, ölkəmiz müasir dövrün yenilənən çağırışlarına uyğun olaraq bütün sahələrdə dərin islahatlar yolu ilə uğur sözünü deməkdədir". 

"Report" xəbər verir ki, bunu  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib

"Düşünürəm ki, bizim buradakı ən böyük vəzifəmiz ümummilli liderin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməyimiz, ona öz fəaliyyətimizlə dəstək olmağımızdır. Belə ki, hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini dərindən anlamalı və ulu öndər Heydər Əliyevin bu tarixi kəlamını xatırlamalıdır: "Vəzifəli adam öz xalqına qulluq etməlidir”. Bəli, məhz birinci növbədə vəzifə sahibləri xalqa ləyaqətlə xidmət etməlidirlər. Bunu cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışında vurğulayıb və qeyd edib ki, hər bir dövlət məmuru xalqının xidmətçisi olmalıdır, bu faktor dövlət idarəçiliyinin başlıca məqsədidir", - deyə M.Əliyev bildirib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb