Professor: Azərbaycan və Ermənistan arasında uçurum dərinləşir

21:17 | 23.10.2015
Professor: Azərbaycan və Ermənistan arasında uçurum dərinləşir

Professor: Azərbaycan və Ermənistan arasında uçurum dərinləşir

"Qarabağda vəziyyətin gərginləşməsi Rusiya üçün qəza olacaq”.

Azərbaycan, Ermənistan və Gürcüstan - bunlar tamamilə fərqli ölkələrdir.

Düşünürəm ki, hələ 1990-cı ildə əlaqələr qurulmuş Azərbaycan əsasən enerji resurslarının təchizatçısı kimi nəzərdən keçirilir.

Gürcüstan ABŞ-ın Baş administrasiyasının layihəsi idi, indi isə bu ölkənin Vaşinqton ilə münasibətləri soyuyub: hamı Gürcüstanın daxili siyasətindən məyus olub, ölkənin hələ uzun və çətin bir yol keçməli olduğu aşkar oldu.

Ermənistan ilə hər şey tamamilə fərqlidir: erməni diasporası ABŞ-da geniş təqdim edilib və o, Ermənistanın problemləri ilə maraqlanır. Ona görə də ABŞ daxili siyasəti ermənilərin maraqlarını nəzərə alır.

Oxu.Az xəbər verir ki, professor, Harvard Universitetinin siyasi elmlər fakültəsinin rəhbəri Timoti Kolton "Vestnik Kavkaza”ya verdiyi müsahibəsində belə deyib.

Koltonun fikrinə görə, ABŞ-ın bu dövlətlərə dair müəyyən siyasətinin olmasını demək çətindir.

"ABŞ Qarabağ münaqişəsini həll etməyə çalışır və bütün digər dövlətlər kimi orada müharibənin olmasını istəmir. Qarabağda vəziyyətin gərginləşməsi Rusiya üçün qəza olacaq.

Amerikanın Cənubi Qafqaza dair siyasətini mən qarışıq adlandırardım, yaxın günlərdə də nəyin isə dəyişəcəyinə ümid etmək çətindir”, - professor deyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını görməsinə dair suala cavab verərkən Kolton qeyd edib ki, ən mürəkkəb münaqişələr məhz ərazi münaqişələridir.

"Nəzəri olaraq münaqişənin həlli ərazinin bölünməsi olardı, amma düşünmürəm ki, ermənilər və azərbaycanlılar buna razılaşsınlar. Hərbi əməliyyatlar dayandırılıb, amma iki ölkə arasındakı iqtisadi uçurum getdikcə daha da gözəçarpan olur.

Azərbaycan daha zəngin dövlətdir, onun əhalisi üç dəfə Ermənistan əhalisindən artıqdır. Azərbaycanda artıq güc tətbiq etməkdən danışırlar, həm də onu NATO-ya üzv olan Türkiyə dəstəkləyir.

Amerikanın bu vəziyyətdə mövqeyi danışıqlardır. Hadisələrin inkişafının hamı üçün ən pis variantı növbəti müharibə olacaq”, - o, deyib

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb