“PSJ-dəki maaşım üçün darıxıram” - İbrahimoviç

20:04 | 09.09.2016
“PSJ-dəki maaşım üçün darıxıram” - İbrahimoviç

“PSJ-dəki maaşım üçün darıxıram” - İbrahimoviç

"Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç İngiltərə və Fransadakı qazancını müqayisə edib. 

Qol.az-ın "SR Sport”a istinadən verdiyi xəbərə görə, isveçli forvard sabiq klubunda gəlirinin daha çox olduğunu bildirib: 

"PSJ-dəki maaşım üçün darıxıram. Hazırda əvvəlki klubumla müqayisədə çatışmayan yalnız puldur. 
PSJ-nin indi də güclü klub olduğunu düşünürəm. Komandaya yeni oyunçular cəlb olunsa da, qələbə fəlsəfəsi dəyişməyib. Nəyə nail olacaqlarını zaman göstərəcək. Lakin hazırda PSJ mənim problemim deyil”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb