PSJ-dən Luis Suarezə 42 milyon avro

20:37 | 17.01.2014
PSJ-dən Luis Suarezə 42 milyon avro

PSJ-dən Luis Suarezə 42 milyon avro

"Liverpul" klubunun hücumçusu Luis Suarez daha bir komandanın transfer hədəfinə düşüb.Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Fransanın PSJ klubu uruqvaylı futbolçunun xidmətində maraqlıdır.Paris təmsilçisi 26 yaşlı futbolçunun keçidi üçün 42 milyon avro, üstəlik Esekiel Lavezzi və Xavyer Pastoreni də qarşı tərəfə verməyə hazırdır. Lakin "Liverpul" rəhbərliyi daha öncə birmənalı şəkildə komandanın Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Suarezi satmayacaqlarını bəyan edib.Qeyd edək ki, Suarez bu mövsüm Premyer Liqada keçirdiyi 16 oyunda 22 dəfə rəqib qapılarına yol tapıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb