Pulsuz yemək növbəsində iki qadını tapdalayıb öldürdülər – VİDEO

18:24 | 29.01.2019
Pulsuz yemək növbəsində iki qadını tapdalayıb öldürdülər – VİDEO

Pulsuz yemək növbəsində iki qadını tapdalayıb öldürdülər – VİDEO

Malayziyada hökumət yoxsul insanlara yemək yardımı etməyə çalışır. Amma bu yardımı əldə etmək bir o qədər asan deyil.
Bizimyol.info xəbər verir ki, "The Straits Times"-ın məlumatına görə, paytaxt Kuala-Lampurda iki nəfəri pulsuz yemək növbəsində tapdayıb öldürüblər. 78 yaşlı Lo Ayon Nan və 85 yaşlı A Po özünü pis hiss edib. Onların halı havasızlıqdan pisləşib. Yerə yıxılan yaşlı qadınları adamlar ayaqlayıb. Heç birini xəstəxanaya çatdırmaq mümkün olmayıb.
Həmin gün yalnız 200 pulsuz yenək kuponu paylanacaqmış. Növbəyə isə 1000 nəfərdən artıq yoxsul adam dayanıb. Yaşlı qadınlar bu mübarizədən məğlub ayrılıb.
Ümumilikdə növbədə dörd nəfər xəsarət alıb. Amma yalnız bu yaşlı qadınlar tələf olub. Halbuki onların növbədəki yeri pulsuz yemək kuponu almağa yetirdi. Sadəcə, növbədən kənar keçmək istəyənlər özbaşınalıq yaradıb.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb