Putin Bakıya gəlir

16:36 | 08.06.2015
Putin Bakıya gəlir

Putin Bakıya gəlir

Rusiya prezidenti Vladimir Putin bu həftə sonu Azərbaycana gələcək.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

"Bu həftə prezident İtaliyaya səfər edəcək, həmçinin həftənin ikinci yarısında, sonuna yaxın Azərbaycana yola düşəcək”, - deyə, Peskov bildirib.

Qeyd edək ki, martın sonunda Peskov Putinin Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcəyini istisna etmədiyini bildirmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti