Putin: "Dövlət çevrilişinə cəhddən sonra Ərdoğana ilk zəng edənlərdən biri mən olmuşam"

16:07 | 09.08.2016
Putin:

Putin: "Dövlət çevrilişinə cəhddən sonra Ərdoğana ilk zəng edənlərdən biri mən olmuşam"

Vladimir Putin: Rusiya və Türkiyə iki ölkə arasında münasibətlərin bərpasına ümid edir

 Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Ərdoğana ilk zəng edən və dəstək olan dünya liderlərindən biri olduğunu bildirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.

"Prezidentə zəng edib dövlət çevrilişinə cəhdlə əlaqədar yaranmış daxili siyasi böhranın aradan qaldırılması üçün dəstək sözləri söyləyənlərdən biri də mən olmuşam", - deyə V.Putin Sankt-Peterburqda Konstantin sarayında R.T.Ərdoğanla görüşündə vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və Türkiyə iki ölkə arasında münasibətlərin bərpasına ümid edir: "Türkiyədə çox çətin daxili siyasi vəziyyətə baxmayaraq, sizin bu səfəriniz hamımızın dialoqun bərpasına başlamaqda maraqlı olduğunu, Türkiyə və Rusiya xalqlarının maraqları naminə əlaqələrin bərpasının istədiyimizi göstərir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM