Putin Ərdoğana zəng vurdu

02:17 | 01.04.2014
Putin Ərdoğana zəng vurdu

Putin Ərdoğana zəng vurdu

Rusiya prezidenti siyasi münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib. 

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Putin martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf partiyasının qalib gəlməsi münasibətilə Ərdoğanı təbrik edib.

Putin Rusiya və Türkiyə arasında mövcud olan həm iqtisadi, həm də siyasi münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərinin rəsmi olmayan nəticələrinə əsasən hakim Ədalət və İnkişaf partiyası ölkə üzrə səs faizlərinə görə rəqiblərini geridə qoyub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM