Putin haqında gözlənilməz İDDİA

13:27 | 12.11.2016
Putin haqında gözlənilməz İDDİA

Putin haqında gözlənilməz İDDİA

Rusiya prezidenti Vladimir Putin haqqında şok iddia irəli sürülüb.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kremlə yaxınlığı ilə bilinən bir xəbər saytı Putinin səhhətindəki problemlərə görə, tezliklə vəzifədən gedəcəyini yazıb.

Xəbər qısa zaman ərzində 50 mindən çox insan tərəfindən oxunsa da 3 saat sonra silinib.

Məlumat üçün bildirək ki, xəbərdə Moskva Dövlət Universitetinin professoru Valeri Soloveyin fikirləri yer alıb . Xarici siyasət üzrə mütəxəssis olan professor Solovey Rusiya liderinin 2017-ci ildə vəzifədən gedəcəyinə işarə edib.

Bundan başqa, xəbərdə o da iddia edilib ki, prezident postundan gedən Vladimir Putini Baş nazir Dmitri Medvedev və ya Aleksey Dyumin əvəz edəcək. Sözügedən xəbər qərb mediasında səs-küyə səbəb olsa da, Kreml bu barədə açıqlama verməkdən imtina edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM