Putin Navalnının həbsindən danışdı

19:17 | 13.10.2021
"Aleksey Navalnı həbsdə siyasi fəaliyyətinə görə deyil, cinayətə görə cəza çəkir”.

"Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu rusiya Prezidenti Vladimir Putin "Rusiya Enerji həftəsi”nin plenar iclasında bununla bağlı suala cavabında deyib.

"Dediyiniz şəxslər siyasi fəaliyyətlərinə görə, Rusiyada işləyən xarici sahibkarlara qarşı cinayət əməllərinə görə həbsdədir. Həmin məhkumlar qanun pozuntusuna görə bundan əvvəl dəfələrlə bağışlanıblar”, - deyə Putin qeyd edib.

Qeyd edək ki, fevralın 2-də Federal Penitensiar Xidmətin tələbi ilə "İv Roşe” işi üzrə müxalifət lideri Aleksey Navalnının şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Hazırda o, Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı islah koloniyasında cəza çəkir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM