Putin Ukrayna ilə müharibəni dayandırmağa hazırdır

14:29 | 24.05.2024
Putin Ukrayna ilə müharibəni dayandırmağa hazırdır

Putin Ukrayna ilə müharibəni dayandırmağa hazırdır

Rusiya Prezidenti Vladimir Putin hazırki cəbhə xəttini tanımaq şərti illə atəşkəsin elan olunması ilə bağlı danışıqlara hazır olduğunu, Kiyev və Qərb onun bu təklifinə reaksiya verməyəcəyi halda isə müharibəni davam etdirmək əzmində olduğunu bildirib. Bu barədə Reuters agentliyinə Putinin ətrafında olan 3 fərqli mənbə məlumat verib.
 
Mənbələrin verdiyi məlumata görə, Putin məsləhətçilərinə Qərbin buna mane olacağını və  Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlar masadı arxasında oturmaqdan imtina edə biləcəyini deyib. 

"Putin tələb olunan  qədər müharibəni davam etditməyə bilər,  amma eyni zamanda  atəşkəsə, yəni müharibəni dondurmağa hazırdır”, -  Putin aparatında çalışan və  Kreml danışıqlarından xəbəri olan yüksək rütbəli dördüncü mənbə Reuters-ə bildirib. 

Beşinci mənbə isə mövcud cəbhə xəttində müharibənin dondurulmas məsələsini şərh etməkdən imtina edib. 

Putinin mətbuat katibi Dmitri Peskov vəziyyəti şərh etmək istəyinə cavab olaraq bildirib ki, Kreml rəhbəri "Rusiyanın öz məqsədlərinə çatmaq üçün dialoqa açıq olduğunu dəfələrlə açıqlayıb və ölkənin əbədi müharibə istəmədiyini bildirib”.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb