Putin və Lukaşenko Qarabağdakı vəziyyəti müzakirə edib

12:52 | 15.04.2021
Putin və Lukaşenko Qarabağdakı vəziyyəti müzakirə edib

Putin və Lukaşenko Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında baş tutmuş telefon danışığında digər məsələlərlə yanaşı, Qarabağ mövzusuna da toxunulub.

 TASS xəbər verir ki, Kremlin mətbuat xidməti liderlərin söhbətindən sonra bu barədə məlumat yayıb.

Məlumata görə, mövzu ilə bağlı danışıqlar Aleksandr Lukaşenkonun Azərbaycana son səfəri kontekstində baş tutub.

Putin və Lukaşenko həmçinin Rusiya-Belarus müttəfiq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi niyyətlərini ifadə ediblər.(report)



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb