Putin və Priqojin görüşüb

17:16 | 10.07.2023
Putin və Priqojin görüşüb

Putin və Priqojin görüşüb

Rusiya prezidenti Vladimir Putin Kremldə Vaqner özəl hərbi şirkətin (ÖHŞ) təsisçisi və qrupun başqa komandirləri ilə görüşübb. Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
 
Onun sözlərinə görə, görüş iyunun 29-da,  yəni Vaqner özəl hərbi hissəsinin qiyamından beş gün sonra baş tutub.

"Prezidentin belə bir görüşü olub. O, 35 nəfəri Kremlə  dəvət etdi - bütün dəstə komandirləri və şirkət rəhbərliyi, o cümlədən Prigojin özü görüşdə iştirak edib", - Peskov bildirib. 

Kreml sözçünün sözlərinə görə, söhbət təxminən üç saat davam edib. O, təfərrüatları açıqlamayıb, sadəcə qeyd edib ki, "prezident  toplantıda  şirkətin cəbhədəki fəaliyyətinə  və n 24 iyun hadisələrinə qiymət verib".

Peskov, prezidentin Vaqner ÖHŞ-nin  komandirlərinin izahatlarını dinləyib, həmçinin "onlara işlə təmin olunmaq və gələcək döyüş istifadəsi üçün əlavə seçimlər təklif edib". .

Prezidentin mətbuat katibinin sözlərinə görə, özəl hərbi şirkətin komandirləri iyunun 24-də baş vermiş hadisələrlə bağlı öz versiyalarını təqdim ediblər.

Onlar dövlət başçısının və ali baş komandanın sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğulayaraq, bundan sonra da Vətən uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər.

"Vaqner" ÖHŞ-nin üsyanı iyunun 23-də axşam başlayıb və təxminən bir gün davam edib. 

ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin üsyanın başladığını iyunun 23-də axşam elan edib. O, Rusiya Müdafiə Nazirliyini şirkətin arxa düşərgələrini vurmaqda ittiham edib. Səhər saatlarında vaqnerçilər Rostovun mərkəzində Cənub Hərbi Dairəsinin qərargahının binasını zəbt edib. Voronej və Lipetsk vilayətlərində Moskvaya doğru hərəkət edən vaqnerçilər barədə də məlumat verilib.

İyunun 24-də axşam Belarus prezidenti Aleksandr Lukaşenko Priqojini geri çəkilməyə razı salıb.  Bundan sonra Kreml Priqojina qarşı cinayət işinə xitam verildiyini elan edib. Vaqner ÖHŞ Rostovu tərk edərək Belarusa yollanıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti