Putinin çıxışı ABŞ-ı qorxutdu

11:44 | 02.03.2018
Putinin çıxışı ABŞ-ı qorxutdu

Putinin çıxışı ABŞ-ı qorxutdu

ABŞ hipersonik texnologiyalar sahəsində fəaliyyətini davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədiqqat Layihələri İdarəsinin (DARPA) rəhbəri Stiven Uoker yayıb.

"Biz Rusiya və Çin kimi ölkələrlə rəqabət apardığımızı anlayırıq. Payızda hipersonik silahların işlənməsi üçün öz büdcəmizin artırılması təklifini irəli sürmüşük. ABŞ hipersonik silahlarını 2019-da sınaqdan keçirəcək”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Vladimir Putin Rusiyanın "Avanqard” hipersonik raketinə sahib olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu sistem ABŞ raketdən müdafiə sistemlərini yarıb keçmək imkanına sahibdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb