Putinin hərbi blokuna bakılı general rəhbərlik edəcək

11:11 | 05.11.2018
Putinin hərbi blokuna bakılı general rəhbərlik edəcək

Putinin hərbi blokuna bakılı general rəhbərlik edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının boş qalan Baş katibi postuna belaruslu general-mayor Stanislav Zasın təyinatı gündəmdədir.
 
Yekun qərar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı liderlərinin 8 noyabr tarixli görüşündə müzakirə olunacaq.
 
 "Yekun qərar noyabrın 8-də qəbul olunacaq. İntriqa ondadır ki, boş qalan vakansiyaya Ermənistan da iddialıdır. Belə ki, Baş katib postu rotasiya qaydası ilə 3 illik müddətə Ermənistana verilmişdi. Lakin Baş katib Yuri Xaçaturov yalnız 1,5 il bu postda çalışdıqdan sonra vətənində müxtəlif cinayətlərdə ittiham olunaraq postundan geri çağırılmışdı”-deyə qəzet yazır.
 
Maraqlıdır ki, Vladislav Zas 1985-ci ildə Bakı Ümumqoşun Komandirlər Məktəbini bitirib.|modern.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb