Qadını evindən zorla çıxaran MTK ilə bağlı cinayət işi açılıb

18:18 | 04.07.2024
Qadını evindən zorla çıxaran MTK ilə bağlı cinayət işi açılıb

Qadını evindən zorla çıxaran MTK ilə bağlı cinayət işi açılıb

"İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə cinayət işi açılıb.Bu haqda Yasamal rayon prokurorluğu məlumat yayıb.

Bir neçə gün öncə Yasamalda "İbrahim-Q" MTK-nın əməkdaşları tərəfindən vətəndaş evində zorla çıxarılıb. Nəticədə vətəndaşın evi sökülüb.

"Bildirilib ki,araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib",- açıqlamada qeyd olunub.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti