Qadınlar orduda xidmət edə biləcək

14:17 | 27.02.2018
Qadınlar orduda xidmət edə biləcək

Qadınlar orduda xidmət edə biləcək

Səudiyyə Ərəbistanında qadınların orduda xidmət etməsinə icazə verilib.

Anews.az xəbər verir ki, bu barədə "Khaleej Times” məlumat yayıb.

Məlumata görə, Ər-Riyad, Mədinə, Məkkə və Əl-Qasimədə qadınlar ölkədə təhlükəsizliyin təmin olunması ilə bağlı vakant yerlər üçün ərizə verib, işə qəbul oluna biləcək.

Bunun üçün qadınlar müəyyən kriteriyalara cavab verməli olacaq. Məsələn, ən azından qadınların orta məktəbi bitirməsi tələb olunacaq.

Yalnız yaşları 25-35 arasında olan qadınlar ərizə verə biləcək. Ərizəçi qadınlar həyat yoldaşları ilə birgə işləmək istədikləri yerdə yaşamalı olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti